86198682-2f1d-4106-93b7-f2059c3d9798..jpg

XİN başçıları “3+3” formatında görüşəcəklər: İrəvan Bakının daha bir şərtinə boyun əyir – ŞƏRH + FOTO

Baxış sayı: 582 dəfə baxılıb.

XİN başçıları “3+3” formatında görüşəcəklər: İrəvan Bakının daha bir şərtinə
boyun əyir – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan torpaqlarını işğaldan azad etməklə öz əzəli torpaqlarında yaradılan
separatçı rejimə son qoyub. Bununla da Cənubi Qafqazda yeni reallıqlara imza
atıb. Bölgənin əsas geosiyasi aktoru kimi çıxış edən rəsmi Bakı regionun
inkişafı üçün yeni perspektivlər yaradıb, yeni əməkdaşlıq formatlarının
canlanmasına səbəb olub. Söhbət “3+3” platformasından gedir. Platformaya
Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Layihənin
müəllifləri rəsmi Bakı və Ankaradır. Region ölkələrini bir platformada
birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etmək əsas
hədəf kimi götürülüb.

Yaxın vaxtlarda İranda “3+3” formatında xarici işlər nazirləri səviyyəsində
görüş keçiriləcək. Rəsmi İrəvan toplantıya qatılmağa razılıq verib. Əslində,
Ermənistan bu addımı könüllü atmayıb. Sadəcə, çoxvektorlu siyasət yürütmək adı
altında eyni vaxtda üç-dörd stulda oturmağa çalışan Nikol Paşinyan hökuməti
nəyin bahasına olursa-olsun təcrid vəziyyətindən çıxmağa çalışır.

Strasburqa səfər edib Avropa Parlamentində “sülh göyərçini” obrazında
görünməyə çalışan Paşinyanın hədəfi bəllidir – Avropadan daha çox vəsait
qoparmaq. Yəni o, bir növ erməni ənənəsinə sadiq qalıb. Hökumət başçısının pul
diləndiyi gün kimi aydındır.

N.Paşinyanın siyasəti həmişəki kimi yenə də ziddiyyətlidir və tərəddüdlərlə
doludur. İrəvanın “3+3” formatında görüşdə iştiraka razılıq verməsi də bunun
göstəricisidir. Ermənistan bir yandan Rusiyadan sürətlə uzaqlaşmağa çalışır,
digər tərəfdən isə Rusiya ilə birlikdə “3+3” formatına qatılacağını
təsdiqləyir. Bəllidir ki, bu formatın mahiyyəti “region problemlərinin regionda
həll olunması” yanaşmasıdır. Lakin sual olunur, Paşinyan bu yanaşmanı qəbul
edirsə, niyə Strasburq, Brüssel, Parisi inadkarlıqla regiona müdaxiləyə çağırır?

İndiyədək “3+3” formatında tam tərkibdə görüşün olmaması Bakı-Tehran
münasibətlərindəki soyuqluq və gərginliklə bağlı idi. Artıq bu gərginlik yoxdur
və görüşün keçirilməsinə heç nə mane olmur. Qərbin, xüsusən də, ABŞ və
Avropanın Azərbaycana qarşı qərəz və ikili yanaşması davam edəcəksə, o zaman
“3+3” formatı güclənəcək. Ən əsası, bu format “regional problemlərin həlli
regiondadır” prinsipini möhkəmləndirəcək.

Əgər Qərb reallığı qəbul etməsə, Azərbaycana qarşı qərəzli və riyakar
siyasətini davam etdirsə, onda ayağı Cənubi Qafqazdan birdəfəlik kəsiləcək.
Ermənistan da anlamalıdır ki, problemlər Avropa Parlamentində deyil, regionun
özündə həll olunmalıdır. N.Paşinyan elə bilir ki, onu alqışlayanlar
səmimidirlər. Əksinə, onlar üçün hazırda Qafqazdan Rusiyanın sıxışdırılıb
çıxarılması prioritetdir. Nikol Paşinyan da belə qüvvələrin planlarının həyata
keçirilməsində vasitə rolunu oynayır.

Ən əsası, Ermənistan anlamalıdır ki, məhz Azərbaycan və Türkiyə regionun
təhlükəsizliyini təmin edirlər. Məhz bu iki ölkə ilə münasibətləri
yaxşılaşdırmaq, düşmənçilik hissini kənara qoymaq onun rifahına və inkişafına
səbəb olacaq. Əks təqdirdə, Ermənistan rəhbərliyi, 30 il olduğu kimi, xalqını
səfalət və yoxsulluq içində saxlamaqda davam edəcək.

“Report” İnformasiya Agentliyi

Source link