3c87b16a-a99a-46ee-bd35-d953ca0d2c22..jpg

XİN başçısının Laçın yolu ilə bağlı Quterreşə yazdığı məktub BMT TŞ-ın sənədi kimi yayılıb

Baxış sayı: 2. 557 dəfə baxılıb.

XİN başçısının Laçın yolu ilə bağlı Quterreşə yazdığı məktub BMT TŞ-ın sənədi
kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə
əlaqədar Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı BMT baş katibinə
ünvanlandığı məktub Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda Laçın yolunda azərbaycanlı fəalların Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni
iqtisadi fəaliyyətə qarşı etirazlarının Ermənistan tərəfindən “humanitar
böhran” kimi qələmə verməklə siyasiləşdirmək cəhdlərinə diqqət çəkilib,
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə
bağlı ətraflı məlumat təqdim edilib.

Sənəddə cari ilin 3 dekabr tarixindən başlayaraq Azərbaycanın dövlət
qurumlarının nümayəndələrinin faydalı qazıntı yataqlarının qanunsuz istismarı,
bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin
komandanlığı ilə danışıqlar apardığı, əldə edilmiş razılığa baxmayaraq 10
dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə
maneçilik törədildiyi barədə məlumat verilib.

Məktubda Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət
qoyulmadığı, Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın
hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat
vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa
hazır olduqları, Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi
istiqamətində addımlar atdığı vurğulanıb.

Məktubda Azərbaycan tərəfinin davamlı olaraq öhdəliklərinə əməl etdiyi,
Ermənistan tərəfinin isə Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan
qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə etməsi, eyni zamanda mövcud
mina təhlükəsinin ağır nəticələri barədə məlumat verilib. 2020-ci il Vətən
müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina
partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs
olduğunu vurğulanıb.

BMT baş katibinə ünvanlanmış və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış
məktub ilə bu keçid vasitəsilə tanış olmaq olar:
https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N22/761/23/PDF/N2276123.pdf?OpenElement

Source link