10210c73-080c-47e4-bfbc-574d7ee898ac..jpg

XİN Beynəlxalq ictimaiyyətə səsləndi: “Bu gün dörd şəxs növbəti mina partlayışının qurbanı oldu” – FOTO

Baxış sayı: 465 dəfə baxılıb.

XİN Beynəlxalq ictimaiyyətə səsləndi: “Bu gün dörd şəxs növbəti mina
partlayışının qurbanı oldu” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün
qüvvələrini birləşdirməlidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” səhifəsində bildirib.

“Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların
həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs
növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi
genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin
qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini
sarsıdır”, – XİN-in paylaşımında deyilir.

Armenian planted landmines continue threatening the lives of innocent
Azerbaijani civilians.

Today, four Azerbaijani civilians became victims of another landmine
explosion.

Refusal by Armenia to provide accurate maps of landmines in the liberated
territories of Azerbaijan,…pic.twitter.com/SfZM2XoL7M
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 2, 2024

Source link