1248e9ff-b35f-4ac8-a9ff-91b72d7a16db..jpg

XİN: BMT Azərbaycanda insan hüquqlarının müdafiəsini yüksək qiymətləndirib

Baxış sayı: 567 dəfə baxılıb.

XİN: BMT Azərbaycanda insan hüquqlarının müdafiəsini yüksək qiymətləndirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Azərbaycan BMT-nin İnsan Hüquqları şurasının universal
dövri icmal prosesi üzrə hesabatını təqdim edib. Beş ildən bir təqdim olunan bu
hesabat insan hüquq və azadlıqlarının icrası istiqamətində işləri özündə əks
etdirir.

APA xəbər verir ki, bunu “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli
çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi”
mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev deyib.

O bildirib ki, təqdim olunan hesabata reaksiya olaraq BMT-yə üzv dövlətlərin
əksəriyyəti Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində
həyata keçirilən islahatları yüksək qiymətləndirərək davam etməyi tövsiyə edib.

Nazir müavini deyib ki, COVID-19 pandemiyası dövründə məhz Azərbaycanın
təşəbbüsü ilə peyvəndlərin ədalətli, bərabər və universal əlçatanlığının təmin
edilməsi istiqamətində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyası
çərçivəsində müvafiq qətnamələr qəbul edilib:

“Həmçinin Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları
Şurasında minaların insan hüquqlarına təsiri, irqçilik, dini ayrı-seçkilik,
dözümsüzlüklə bağlı mübarizədə təhsilin rolu və digər mövzularda birgə
bəyanatlar səsləndirilib”.

Source link