aaf9416f-429d-4b70-8f9e-984d17bf8c24..jpg

XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücumu ilə bağlı bəyanat yayıb

Baxış sayı: 448 dəfə baxılıb.

XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücumu ilə
bağlı bəyanat yayıb

“Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının
ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın
iştirakçılarına qarşı hücumu ilə bağlı bəyanat yayıb”.

Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatda deyilir.

“29 sentyabr 2023-cü il tarixində ABŞ-ın Los-Anceles şəhərində erməni radikal
qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və
Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş
tutan “Türkiyənin ictimai diplomatiyası” mövzusunda konfrans iştirakçılarına
qarşı hücumunu kəskin qınayır və pisləyirik.

30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə
bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə,
həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına
qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü
olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid
mənbəyidir.

Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa
düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını
həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv
hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.

Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi
ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən
davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı,
bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları
tərəfindən müvafiq addımlar atılmalıdır”, – bəyanatda qeyd olunub.

Source link