XİN: Ermənistanın münaqişə barədə açıqlamaları cəfəngiyyatdır

XİN: Ermənistanın münaqişə barədə açıqlamaları cəfəngiyyatdır

Baxış sayı: 1. 956 dəfə baxılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhə bölgəsində Azərbaycan hərbçisinin şəhid olmasına münasibət bildirib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusu həlak olub. Həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı veririk.

Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir.

Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin “yalnız sülh yolu ilə həlli” barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır.

Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.