Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O deyib ki, bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvardırlar.