8bcbdcc7-ce67-4b0e-947c-03a69894a38a..jpg

XİN Ketrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları rədd edib

Baxış sayı: 626 dəfə baxılıb.

XİN Ketrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları rədd
edib

“Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında
çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə
pisləyir və rədd edirik”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Fransanın Avropa və
xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı
səsləndirdiyi iddialara dair şərhində deyilir.

“Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən,
könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya
Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın
beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr
tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam
etdirmək marağından çıxış etdiyini göstərir.

Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan
Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan
danışması qəbuledilməzdir.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin
qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə
qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il
ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi
Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir.

44 günlük Vətən müharibəsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız
BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə, qanunsuz
fəaliyyətə son qoyulması və erməni silahlı qüvvələrin ərazilərimizdən
çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh
və təhlükəsizliyə əsl töhfə olardı”, – deyə XİN-in şərhində bildirilib.

Azərbaycan XİN Fransa tərəfinə bir daha xatırladıb ki, Azərbaycanla təhdid və
təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv
əməllərə dərhal son qoyulmalıdır:

“Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı
qətiyyətlə alınacaqdır”.

Source link