51f41a08-851b-46d9-bb3a-364655010aec..jpg

XİN: “Lüksemburq nazirinin beynəlxalq hüquqa zidd mövqeyi tamamilə əsassızdır”

Baxış sayı: 3. 035 dəfə baxılıb.

XİN: “Lüksemburq nazirinin beynəlxalq hüquqa zidd mövqeyi tamamilə əsassızdır”

Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri Jan Asselbornun 22
fevral tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat
brifinqi zamanı bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn
müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyi
tamamilə əsassızdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyanın və Lüksemburqun Avropa məsələləri və xarici işlər
naziri Jan Asselbornun bəyanatlarına dair şərhində deyilir.

“Görünür ki, əvvəllər olduğu kimi Lüksemburq tərəfi Ermənistan tərəfinin saxta
təbliğatının əks olunduğu tezislərdən istifadə təcrübəsindən hələ də əl
çəkməyib. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin
beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə
mane ola bilməyəcəyini bir daha bəyan edirik”, – XİN-dən əlavə edilib.

Source link