Almaniyanın Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Almaniya polisindən səfirliyimizə verilən məlumata görə, Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur”.