d6e6c4e4-c5d6-491b-9ce6-9ff8c72a69d0..jpg

XİN rəhbəri “Qüds şəhəri və onun əhalisinə dəstək” beynəlxalq konfransında iştirak edib

Baxış sayı: 1. 075 dəfə baxılıb.

XİN rəhbəri “Qüds şəhəri və onun əhalisinə dəstək” beynəlxalq konfransında
iştirak edib

12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində ölkəmizin
Qoşulmama Hərəkatının sədrliyi qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri
və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında
iştirak edib.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Konfransda çıxış edən nazir Ceyhun Bayramov, Fələstin məsələsinin beynəlxalq
hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnamə və müvafiq
qətnamələrinə uyğun olaraq öz həllini tapmasının vacib olduğunu bildirilib. Bu
xüsusda, məsələnin həlli istiqamətində beynəlxalq konsensusun əldə olunması
üçün birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Fələstin-İsrail münaqişəsinin iki dövlət
modeli əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. 3 din üçün
müqəddəs yerlərin yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin sülh
şəraitində birgə yaşayışına töhfə verəcəyinə dair inam ifadə olunub.

Fələstin məsələsində Azərbaycanın İslam həmrəyliyinə sadiqliyinin nümunəsi
kimi Fələstin Dövlətinə yardım məqsədilə bir çox beynəlxalq konfransa ev
sahibliyi, həmçinin davamlı olaraq, xüsusilə COVID-19 pandemiyası ilə
mübarizədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın
Şərq Agentliyinə dəstəyi xatırlanıb.

Nazir Ceyhun Bayramov, həmçinin Konfrans iştirakçılarını post-pandemiya
dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm fürsət kimi növbəti ay
Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə
Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.

Daha sonra, konfrans iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər üzrə
fikir mübadiləsi aparılıb.

Source link