4ffdbbd2-d424-4e86-8359-2eae8b9f7e30..jpg

XİN rəsmisi Aİ-nin Azərbaycandakı nümayəndəsini məsuliyyətsizlikdə ittiham edib – FOTO

Baxış sayı: 628 dəfə baxılıb.

XİN rəsmisi Aİ-nin Azərbaycandakı nümayəndəsini məsuliyyətsizlikdə ittiham
edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkənin
məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona
müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Bu barədə o, “X” hesabında yazıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun
Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi qeyd
edib ki, bu iddialar tam əsassızdır:

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa
İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis
rəftara diqqət yetirsin”.

This claim is both groundless & irresponsible! It would be better if
Ambassador would concentrate on lack of justice & mistreatment in the court
systems of certain EU countries.

Interference in the judiciary of 🇦🇿 that was built on best international
practices is unacceptable.https://t.co/wFDT5XD04l
— Aykhan Hajizada (@Aykhanh) January 17, 2024

Source link