Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, bölgəyə qar yağmağa başlayıb.
Quba və Qusarın dağlıq ərazilərinə 48 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.
Qubanın Xınalıq kəndinə 48 sm, Qırız kəndində 28 sm, Xaltanda 12 sm, Qusarın Ləzə kəndində isə 20 sm, Xızının Altıağac qəsəbəsində 16 sm qalınlığında qar yağıb.