“Xırdalan dairəsi”ndə hərəkət tam məhdudlaşdırılacaq

“Xırdalan dairəsi”ndə hərəkət tam məhdudlaşdırılacaq

Baxış sayı: 2. 278 dəfə baxılıb.

Xırdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində, saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində 12 may tarixində gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

.
www.ÇıxışYolu.Com