beb6f3fc-aeba-45f2-b24f-f39dc691f94a..jpg

Xırdalanda avtobus qəsdən qəza törədib? – VİDEO

Baxış sayı: 484 dəfə baxılıb.

Xırdalanda avtobus qəsdən qəza törədib? – VİDEO

Aprelin 16-da Xırdalan şəhərində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 592 saylı xətt üzrə hərəkət edən
avtobus 135 saylı xətt üzrə hərəkət edən digər marşrutu vurub.

Bununla bağlı 135 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun məxsus
olduğu şirkətdən bildirilib ki, 592 saylı marşrutun sürücüsü qəsdən digər
avtobusu vuraraq güzgüsünü sındırıb:

“Bu kimi hadisələr təəssüf ki, tez-tez baş verir. Bəzi sürücülər daha çox
sərnişin yığmaq üçün eyni istiqamətdə hərəkət edən avtobuslarımızın qarşısını
kəsir. Belə xuliqanlıq hərəkətləri edən sürücülərlə bağlı dəfələrlə aidiyyəti
qurumlara müraciət etmişik. Nağd qaydada və planla işləyən bir çox sürücü idarə
etdikləri köhnə avtobuslarla elektron ödəniş sistemi ilə xidmət göstərən müasir
iritutumlu avtobuslarımızın qarşısını kəsərək insidentlər törədir. 77 CM 932
dövlət qeydiyyat nişanlı, “İsuzu Ecobus” markalı avtobusun törətdiyi son hadisə
şirkətimizə məxsus avtobusun kamerası tərəfindən lentə alınıb. Artıq bu barədə
də aidiyyəti orqanlara müraciət etmişik”.

Faktla bağlı araşdırma aparılır.


Source link