cee61426-7c66-4e41-8407-68604e4e8331..jpg

Xırdalanda beş min manat dəyərində məişət əşyaları oğurlanıb

Baxış sayı: 473 dəfə baxılıb.

Xırdalanda beş min manat dəyərində məişət əşyaları oğurlanıb

Abşeron rayonunun Xırdalan şəhərində məişət əşyaları oğurlamaqda şübhəli
bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat
tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5 000 manat dəyərində
məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq
və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mahmud Mahmudov
müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link