Abşeron rayonunda çay evinin sahibi bıçaqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib.
Mübahisə zamanı o, ayaq nahiyəsindən bıçaqla xəsarət alıb.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. T.Abdullayevə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu