9dd1d0d0-0a61-4047-9b91-7bef2726dab1..jpg

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır – VİDEO

Baxış sayı: 322 dəfə baxılıb.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə
Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi
şəkildə satışa çıxarıldığını görmək mümkündür.

Şəhər sakinləri bildiriblər ki, son illər Xırdalanda əhalinin sayının
dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər
ərazilərə köçməyə can atırlar.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev son vaxtlar Xırdalanda satışa
çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib.

Ekspert qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı
üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların
mənzillərə çıxarış əldə edə bilməməsidir.

Elnur Fərzəliyev əlavə edib ki, fərdi yaşayış evlərinin daha çox satışa
çıxarılması həm də mövsümlə əlaqədardır. Onun sözlərinə görə, Xırdalanda
evlərin kütləvi satışa çıxarılması qiymətlərin bir qədər enməsinə səbəb ola
bilər.

Ətraflı süjetdə:


Source link