d3abc163-cb86-484e-8c45-796bdefcd59c..jpg

Xırdalanda gecəyarı evə basqın: Kişini döyüb pul və qızılını aldılar

Baxış sayı: 1. 077 dəfə baxılıb.

Xırdalanda gecəyarı evə basqın: Kişini döyüb pul və qızılını aldılar

Abşeronda evə basqın olub.

Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl gecə saat 2 radələrində
Xırdalan şəhərində qeydə alınıb. Bir qrup naməlum şəxs qabaqcadan əlbir olaraq,
Cümşüdlü Xəyal Xəyyam oğlunun mənzilinə basqın edib. Nəticədə onlar
X.Cümşüdlüyə yüngül xəsarətlər yetirərək, 500 manat pulunu və 1400 manatlıq
qızıl boyunbağısını əlindən alıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Source link