Xırdalanda musiqi məktəbinin direktor müavini intihar etdi

Xırdalanda musiqi məktəbinin direktor müavini intihar etdi

Baxış sayı: 3. 197 dəfə baxılıb.

Xırdalan şəhər 22 nömrəli musiqi məktəbinin direktor müavini intihar edib.

Bu barədə ÇıxışYolu.Com-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə cümə axşamı, aprelin 5-də baş verib. 1988-ci il təvəllüdlü Nərmin Ağalarova yaşadığı evin çardağında özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil. 

Qeyd edilir ki, Ağalarovanın iki azyaşlı övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əli Məmmədov
www.ÇıxışYolu.Com