Xizəkçilər üçün ekzoskelet yaradıldı – VİDEO

Xizəkçilər üçün ekzoskelet yaradıldı – VİDEO

Baxış sayı: 4. 574 dəfə baxılıb.

Amerikanın “Roam Robotics” startap şirkəti dağ xizəkçiliyi həvəskarları üçün nəzərdə tutulmuş ekzoskeletin  prototipini yaradıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “N+1” məlumat yayıb.

Hazırlanmış ekzoskelet içinə qida bloku və ayaqlara birləşən iki konstruksiyanın yerləşdiyi bel çantasından ibarətdir.  Ayaqlara bərkidilən konstruksiyalar yumşaq pnevmatik aktuatorların köməkliyi ilə işləyir.

Ayağı yığdıqda aktuator hava ilə dolur və qurğu beləcə əzələ gərginliyini azaldan amortizator qismində xidmət göstərir.  

Qurğunun yaradıcıları əmin edir ki, ekzoskelet xizəkçilərə daha çox və daha sürətli xizək sürməyə imkan verir və yorğunluğun qarşısını alır. Ekzoskeletdən snoubordçuların da yararlanacağı gözlənilir.

Hələlik qurğunun kommersiya versiyasının nə vaxt satışa çıxarılacağı məlum olmasa da,şirkətin hesablamalarına görə, onun başlanğıc qiyməti təxminən 2500 dollar olacaq.

.
www.ÇıxışYolu.Com