5870bec6-bf72-453c-8a10-99a63fb7fac7..jpg

Xızı sakinlərindən silah və narkotik aşkarlandı

Baxış sayı: 521 dəfə baxılıb.

Xızı sakinlərindən silah və narkotik aşkarlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş
Mehman Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1
ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri
zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin
şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan
marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

Source link