2cf62151-b451-4ce6-83aa-cd5965d64a2a..jpg

Xızıda əməliyyat: Yarım kiloqram narkotik, beş ədəd silah… – FOTO

Baxış sayı: 557 dəfə baxılıb.

Xızıda əməliyyat: Yarım kiloqram narkotik, beş ədəd silah… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin əldə etməsi və saxlaması və daşımasında şübhəli bilinən rayon
sakini Səfər Səfərov saxlanılıb.

Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (460 qram) narkotik vasitə olan
marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də Səfər Səfərovun barəsində cinayət işi başlanılıb.

Həmçinin, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində
qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin
edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd tüfəng
təhvil götürülüb.

Source link