5417a60e-9b85-4636-ba88-f4cc5f32ab20.jpg

Xızıda avtomobil AŞDI: Ölənlər və xəsarət alanlar var

Baxış sayı: 37 dəfə baxılıb.

Xızı rayonunun Yaşma qəsəbəsində iki nəfərin ölümü və üç nəfərin xəsarət
alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “BMW X5” markalı avtomobilin yolun kənarına aşması
nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın,
şəxsiyyəti dəqiqləşdirilir) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya
çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

Source link