f06a2ab9-4f81-4f4c-9bd5-6ba73b49c2fa.jpg

Xızıda maraqlı qəsəbə: Buranın tarixi simvolu yerli sakinləri necə qorxudur?

Baxış sayı: 171 dəfə baxılıb.

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Xızı rayonuna səyahət edilib.

Xızı rayonunun 15 598 nəfər əhalisinin 51,4 faizi şəhərdə, 48,6 faizi isə
kəndlərdə yaşayır. Verilişdə Xızı sakinləri onları narahat edən problemlərdən
söz açıblar. Belə ki, sakinlərin sözlərinə görə, rayonda iş çox olsa da, maaş
azdır:

“İstixanalarımız, zavodlarımız var. 48 binadan ibarət şəhərcik tikilir və
orada 700-800 nəfər işləyir. Amma gəl gör ki, maaş azdır, 350 manat nə puldur?!”

Rayonun Altıağac qəsəbəsinin sakinləri yaşadıqları ərazidə aptekin və
bankomatın olmamasından da şikayətçidirlər.

“Təqaüd alanlarımız, xəstələrimiz var. İnsanlar qəsəbədə bankomat olmadığına
görə təqaüdlərini ala bilmirlər. Pul çıxarmaq üçün rayon mərkəzinə getməliyik,
ora qışda getmək çətin olur”, – deyə qəsəbə sakini narazılığını dilə gətitib.

Rayonun ən məşhur tarixi simvollarından biri Xızının Altıağac qəsəbəsində
quraşdırılan 17-18-ci əsrlərə aid kilsə zəngidir. Sözügedən zəng fövqəladə
hallar zamanı əhalini xəbərdar etmək üçün çalınır. Kənd sakini bildirib ki,
şəhərdən gələn bəzi qonaqlar həmin zəngi icazəsiz çalaraq insanları narahat
edirlər.

Ətraflı Baku TV-nin süjetində:

Xızıda maraqlı qəsəbə: Buranın tarixi simvolu yerli
sakinləri necə qorxudur?
Xızıda maraqlı qəsəbə: Buranın tarixi simvolu yerli sakinləri necə qorxudur?

Source link