Xızı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı rayonun
Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və
psixotrop maddə aşkarlayıblar.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində beş kiloqrama yaxın
marixuana, səkkiz kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4 440 ədəd
metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus
olmasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.