Xocalı al lalələrlə bəzənib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə
fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa
gözəllikdə olur.
Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al
lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı bu tablo insanın
ruhunu oxşayır.
AZƏRTAC Xocalıdan göz oxşayan fotoları təqdim edir.