Xocalı faciəsi – FOTOLARDA

Xocalı faciəsi – FOTOLARDA

Baxış sayı: 6. 457 dəfə baxılıb.

Xocalı faciəsi Azərbaycan xalqının tarixinin ən qanlı səhifələrindən biri kimi yaddaşlardadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni quldurlarının hücumuna məruz qaldı. 

Dinc əhaliyə divan tutmağı qarşısına məqsəd qoymuş vəhşilər heç kimə aman vermədilər.

Dəhşətli qətliam nəticəsində 613 dinc sakin amansızcasına öldürülüb.

Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. 

Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Qana susamış azğın düşmən qocalara, qadınlara, hətta körpələrə amansız işgəncələr verib.

Bu qətliamdan sonra Azərbaycan və dünyanın müxtəlif ölkələrinin fotoqrafları tərəfindən çəkilmiş şəkillər bütün dünyanı dəhşətə gətirib.

ÇıxışYolu.Com Xocalı dəhşətini əks etdirən fotoları təqdim edir:

.
www.ÇıxışYolu.Com