Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi

Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi

Baxış sayı: 7. 716 dəfə baxılıb.

Fevralın 26-da, Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ÇıxışYolu.Com xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan paytaxtının on minlərlə sakini fevralın 26-da səhər saatlarından başlayaraq Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə qərənfillər düzüblər.

Respublikamızın bütün şəhər və bölgələrində, xarici ölkələrdə anım mərasimləri keçirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

www.ÇıxışYolu.Com