7cb35b18-0dca-47c3-a6c7-1fad2f92c7ea..jpg

Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq

Baxış sayı: 534 dəfə baxılıb.

Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq.

“Report”un məlumatına görə, abidə Xocalı şəhərində qoyulacaq.

Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları
həyata keçirilir.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini
işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı
nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı
sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir
götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın
taleyi bu günədək məlum deyil.

Source link