Xocalı sakini: “Kaş balama güllə dəyəydi, erməni əlinə düşməyəydi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xocalı şəhidləri olan – Əbdülov Zahidin anası və Əbdülov Yelmarın həyat
yoldaşı Raya Əbilova 32 il əvvəl tərk etdiyi evinə geri dönüb.
Bu barədə “İTV xəbər” reportaj hazırlayıb.
Raya Əbilova illər öncə Xocalıda həm ömür-gün yoldaşını, həm də oğlunu itirib.
Onun oğlu Əbdülov Zahid Xocalıda itkin düşüb.
Uzun müddət Zahiddən heç bir xəbər gəlmədiyi üçün ona şəhid statusu verilib.
İllərlə oğlundan bir iz və ya xəbər gözləyən ana da onun əsirlikdə
olmağındansa, güllələnməyini üstün tutub.
Həmin reportajı təqdim edirik: