e45c364e-e3f0-46b1-9067-225459b8e12a..jpg

Xocalı soyqırımı şahidi: Atam dedi ki, mən heç faşistlərdə bu cür vəhşilik görməmişdim – VİDEO

Baxış sayı: 733 dəfə baxılıb.

Xocalı soyqırımı şahidi: Atam dedi ki, mən heç faşistlərdə bu cür vəhşilik
görməmişdim – VİDEO

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilən dəhşətli soyqırımı
zamanı Xocalı sakinləri qarlı-şaxtalı havada dağlardan, meşələrdən keçərək
Ağdama gəldilər. Şəhid olan Xocalı sakinlərinin böyük əksəriyyəti də burada
dəfn edildi.

Ağdam Şəhidlər xiyabanında doğmalarının məzarını ziyarət edən Xocalı sakinləri
həmin qanlı gecədə yaşadıqlarından danışıblar.

“Həmin gün qardaşım itkin düşdü, üç şəhid verdik. İkinci Dünya müharibəsində
iştirak edən atam dedi ki, mən heç faşistlərdə bu cür vəhşilik görməmişdim”, –
deyə soyqırımı şahidi söyləyib.

Xocalı sakinləri qeyd ediblər ki, yeganə təsəlliləri həmin gecənin qisasının
44 günlük Vətən müharibəsində ordumuz tərəfindən alınmasıdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link