4dcf0390-ea37-4834-84eb-89da5167aff7..jpg

“Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” videoçarxları təqdim edilib – VİDEO

Baxış sayı: 873 dəfə baxılıb.

“Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə” videoçarxları təqdim edilib –
VİDEO

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı Xocalı
uşaqlarının gözü ilə” mövzusunda videoçarxlar hazırlanıb.

Bu barədə Cixisyolu.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Xocalı hadisələrindən dərhal sonra azərbaycanlı rəssam Rafiq Əziz
Xocalıdan olan uşaqları emalatxanasına dəvət edib və onlardan bu faciəni necə
gördüklərini təsvir etməyi rica edib. Hazırda həmin əl işləri rəssamın
Türkiyədəki emalatxanasında saxlanılır.

Dövlət Komitəsi rəssamın razılığı ilə həmin rəsmlərdən videoçarxlarda istifadə
edib.


Source link