Xocalı yenidən qurulur: Əzəmətli tikinti meydançasını xatırladır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xocalı işğaldan azad olunmuş digər ərazilərimiz kimi əzəmətli tikinti
meydançasını xatırladır.
Xezerxeber.az-ın məlumatına görə, hazırda Xocalıda 253 mənzildə iş gedir.
İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq,
müəssisələrin işi bərpa ediləcək. Bu ilin sentyabrından isə Xocalı məktəbində
tədris başlayacaq. Hazırda məktəbdə son tamamlama işləri görülür.
Xocalı da çaykənarı, eynən Laçında – Həkəri ətrafında salınmış bulvar kimi
gəzinti, istirahət yerinə çevriləcək. Fərdi evlərlə yanaşı, şəhərin
infrastrukturu da yenidən qurulur.
Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110
mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar
ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Yerli sakinlər
də quruculuq prosesinə cəlb ediliblər.
Xocalının Malıbəyli kəndi də yenidən qurulur. Hazırda burada 123 fərdi yaşayış
evində işlər aparılır. Malıbəylidəki “Məhşur üçbulaq” ərazisi də
abadlaşdırılır. Bulağın ətrafında yeni park salınacaq.
Malıbəylinin bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin
sakinləridir.
Kəndə qaz, işıq və su xətləri çəkilir. Bu il sakinlərin kəndə köçü
planlaşdırılır.
Malıbəylidəki Yeni şəhərcikdə isə müasir tələblərə cavab verən 5 mərtəbəli
binalar inşa edilir.
Kənddəki məscidin bərpası istiqamətində də işlər görülür.
Ətraflı süjetdə: