bb196aad-e508-4107-88b8-201e1090a6ee..jpg

Xocalıda insan qalıqları aşkar edildi – FOTO/VİDEO

Baxış sayı: 455 dəfə baxılıb.

Xocalıda insan qalıqları aşkar edildi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi
ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumat
yayıb.

Bildirilib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən
Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar
Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya
İnstitutunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilib.

İlkin araşdırma zamanı məlum olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə
bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi
ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi
üzərində insan qalıqları aşkar olunub.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6
nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər
davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin,
onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb
ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də
digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları
idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın
verilməsi təmin ediləcək.

Source link