10b4d3be-80e3-4453-b476-69ee9a1d5861..jpg

Xocalıda köhnə “erməni tamaşası”: Körpələrin alətə çevrildiyi iyrənc şou – VİDEO

Baxış sayı: 804 dəfə baxılıb.

Xocalıda köhnə “erməni tamaşası”: Körpələrin alətə çevrildiyi iyrənc şou –
VİDEO

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı
separatçılar öz xalqının dədə-baba “adət”lərinə sahib çıxmağa davam edirlər.

Belə ki, separatçılar əsrlər boyu “uğur”la ifa etdikləri “məzlum” obrazını
yenidən canlandırmağa çalışırlar.

Bu zaman isə bəşəriyyətin, dünya ictimaiyyətinin həssas nöqtəsi olan
uşaqlardan istifadə etməyi belə öz riyakar xislətlərinə tamamilə uyğun hesab
edirlər.

Sosial şəbəkələrdə yayılan növbəti belə riyakarlıq tamaşası sülhməramlıların
Xocalıda yerləşən qərargahı qarşısında çəkilib. Burada ermənilər ümumiyyətlə,
hadisələrdən xəbərsiz görünən bir azyaşlını xəstə kimi qələmə verərək dünya
ictimaiyyəti qarşısında özlərini “yazıq” və “çarəsiz” insanlar kimi göstərməyə
cəhd edirlər.

Lakin elə ermənilərin özləri tərəfindən çəkilmiş kadrlardan da aydın görünür
ki, azyaşlının ümumiyyətlə səhnələşdirilən xəstə obrazından, təqdim olunan
xəstəlikdən anlayışı belə yoxdur.

Qeyd edək ki, Laçın yolunda azərbaycanlı ekofəalların etirazları fonunda
Qarabağdakı separatçılar böyük təşviş içindədir. Məhz bu baxımdan da hər yola
əl atan separatçılar həmişə olduğu kimi öz qadınlarını və körpələri qabağa
verməklə çıxış yolu axtarırlar. Ortaya çıxan kadrlar isə ermənilərin
riyakarlığı fonunda dərin ikrah hissi doğurur.


Source link