fe358949-6c4a-4461-8b16-32c533f82075..jpg

Xocalıda musiqi məktəbində xeyli silah-sursat aşkarlanıb – FOTO/VİDEO

Baxış sayı: 378 dəfə baxılıb.

Xocalıda musiqi məktəbində xeyli silah-sursat aşkarlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun
Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov”
avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd
qumbaraatan mərmisi, 14 ədəd alışdırıcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan,
10 “PK” markalı pulemyot sandığı, 1 ədəd “PK” markalı pulemyotun çaxmaq
çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd
avtomat nişangahı, 30 ədəd “F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1
ədəd “M-75” əl qumbarası, 19820 ədəd 5.45 millimetrlik və 8050 ədəd 7.62
millimetrlik patron aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link