af2d4ed8-ced9-4707-b45d-bebec5379717..jpg

Xocalıda qalıqları aşkarlanan yeddi nəfərin dəfn mərasimi keçirilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 321 dəfə baxılıb.

Xocalıda qalıqları aşkarlanan yeddi nəfərin dəfn mərasimi keçirilib –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan
qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri
dəqiqləşdirilmiş yeddi nəfərin dəfn mərasimi keçirilib.

Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa
tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri,
ictimaiyyət nümayəndələri iştirak ediblər.

11:26

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan
qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri
dəqiqləşdirilmiş yeddi nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər
xiyabanında dəfn mərasimi keçirilir.

Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri,
ictimaiyyət nümayəndələri iştirak edirlər.

09:12

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan
qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri
dəqiqləşdirilmiş yeddi nəfərlə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün
salınmış şəhərcikdə baş tutub.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının
əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri
dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn
ediləcək.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Ağaəli Naib oğlu Əliyev – 01.06.1933-cü il;

2. Sürəyya Behbud qızı Əliyeva – 01.06.1933-cü il;

3. Xəzər Səyavuş oğlu Səlimov – 01.09.1974-cü il;

4. Tamilla Ağamirzə qızı Səlimova – 01.06.1935;

5. Əli Müsül oğlu Cavadov – 15.06.1954-cü il;

6. İsmayıl Bəhman oğlu İsmayılov – 01.08.1955-ci il;

7. Şiraslan Qəmiş oğlu Nəcəfov – 1952-ci il təvəllüdlü.

Source link