5d361eb8-6fe0-4239-a32a-5cc38fd3e15e..jpg

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə böyük işgəncələr verilirdi”

Baxış sayı: 378 dəfə baxılıb.

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə böyük işgəncələr
verilirdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq,
ermənilər tərəfindən mənə böyük işgəncələr verilirdi”.

Bunu ”Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan
yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.

“1997-ci ilin aprelində təxminən bu saatlarda yeddi qardaşım şəhid olub. Mən
isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm.
Bir il 11 ay müddətində əsirlikdə saxlanıldım. Altı ay sonra ulu öndər Heydər
Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin
martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, – deyə o bildirib.

Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir:

“Hər ziyarətimdə məndə eyni hisslər olur”.

Source link