8d254922-6791-4a33-9f73-02671f74541c..jpg

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb – FOTO

Baxış sayı: 428 dəfə baxılıb.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında
yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı
maddə aşkarlanıb.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat
verilib.

Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar
zamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı
maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış
törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan
istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış
improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.

Aşkar edilən partlayıcı maddələr ANAMA əməkdaşları tərəfindən
zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə
əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş
partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə ANAMA vətəndaşları
təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa,
tanımadıqları əşyalara toxunmamağa çağırıb.

Source link