Futbol üzrə Xorvatiya yığma komandasının hücumçusu Ante Rebiç doğma İmotski kəndinin sakinlərinin bütün kreditlərini bağlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Vijesti” məlumat yayıb.
“O, Split şəhərinin yaxınlığındakı kiçik kənddə böyüyüb. 19 yaşında İtaliyanın “Fiorentina” klubuna getməsinə baxmayaraq, heç vaxt öz kökünü unutmayıb. Bir dəfə Ante kənddəki 500 sakinin kreditlərini bağlayıb”, – bu fikirləri Antenin həmkarı, gənclər yığmasının hücumçusu Lovro Şindik deyib.
Xorvatiya yığması 2018-ci il dünya çempionatının finalında Fransaya 2:4 hesabı ilə məğlub olaraq, turnirdə 2-ci yeri tutub. Rebiç mundialda altı oyun keçirib və bir qol vurub.