Xorvatiya millisi Türkiyə ilə oyuna ciddi itkilərlə çıxacaq
Xorvatiya millisi AVRO-2024-ün seçmə mərhələsində Türkiyəyə qarşı matçdan
əvvəl ciddi itkilərlə üzləşib.
Bu barədə yığmanın baş məşqçisi Zlatko Daliç oyunöncəsi mətbuat konfransında
məlumat verib. O, hücumçular – Bruno Petkoviç və Andrey Kramariçin zədə
səbəbindən qarşılaşmanı buraxacaqlarını bildirib.
Qeyd edək ki, sabah keçiriləcək Xorvatiya-Türkiyə görüşü Bakı vaxtı ilə saat
22:45-də başlayacaq.