Rusiyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinin daha bir komandasının adına aydınlıq gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, Xorvatiya ilə Danimarka üz-üzə gəlsə də, komandalar əsas vaxtda qalibi müəyyənləşdirə bilməyib – 1:1. Əlavə edilmiş 30 dəqiqə ərzində də komandalar bir-birinin müqavimətini qıra bilməyib.
Xorvatiyanın kapitanı Luka Modriç 116-cı dəqiqədə Kasper Şmeyxeli penalti zərbəsində məyus edə bilməyib. Nəticədə görüş penaltilər seriyasına gedib. Burda daha üstün xorvatlar olub – 3:2.
Bu qələbə Xorvatiya 1/4 finalda meydan sahibi Rusiyaya rəqib olub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com