Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç dünya çempionatının finalı ərəfəsində rus azarkeşlərə səslənib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə Lenta.ru məlumat yayıb.
“Rus azarkeşlər, salam! Xorvat azarkeşlər adından isti qarşılanmaya görə, Rusiyaya təşəkkür edirik! Siz çox yaxşı ev sahibisiniz. Bu gün Xorvatiyaya azarkeşlik edin! Gəlin birlikdə sevinək! Rusiya, çox sağ ol”, – deyə prezident rus dilində danışıb.
Qrabar-Kitaroviç “Lujniki” stadionunda keçiriləcək Xorvatiya-Fransa oyununu izləyəcək.