Cümə axşamı Xorvatiyanın paytaxtı Zaqrebdə atışma olub.
“RİA Novosti” xəbər verir ki, Kayzeritsa rayonunda 6 nəfər odlu silahla qətlə yetirilib.
İlkin ehtimala görə, cinayət qısqanclıq zəminində baş verib.
Kişi keçmiş arvadını, onun məşuqunu və 4 uşağı gülləliyib. Atışmada yeganə sağ qalan 7 aylıq körpə olub: o, güllə yarası ilə xəstəxanaya çatdırılıb.