Xorvatiya yığmasında daha bir aparıcı futbolçu sıradan çıxdı

Baxış sayı: 3. 299 dəfə baxılıb.

Xorvatiya yığmasında daha bir aparıcı futbolçu sıradan çıxdı

AÇ-2020-nin seçmə mərhələsində ilk oyunda millimizi qəbul edəcək Xorvatiya yığması ciddi itki ilə üzləşib.

ÇıxışYolu.Com xəbər verir ki, müdafiə xəttində problemlər yaşayan rəqib komandanın bu dəfə hücumçusu Ante Rebiç sıradan çıxıb. 

25 yaşlı futbolçu “Ayntraxt”ın heyətində Almaniya Bundesliqasının XXIV turunda “Hofenhaym”a qarşı matçda zədələnib. Futbolçu zədəsi ciddi olduğu üçün Belqrada müayinədən keçməyə gedib. Rebiç zədə səbəbindən Avropa Liqasında “İnter”lə görüşün iştirak ərizəsinə də salınmayıb. Onun millimizlə oyuna hazır olub-olmayacağı məlum deyil.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də baş tutacaq.