Xorxe Arreasa Monserrat: Dövlətlərin daxili işlərinə müdaxilə davam edir

Xorxe Arreasa Monserrat: Dövlətlərin daxili işlərinə müdaxilə davam edir

Baxış sayı: 3. 293 dəfə baxılıb.

Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu bu gün Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyizin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir:

“Biz mütəmadi olaraq ölkədə vəziyyəti destabilləşdirməyə, sülhə və demokratiyaya təhdid yaratmağa davam etməyə çalışan xarici qüvvələrin qurbanına çevrilirik.

Onlar ölkənin iqtisadi inkişafına təsir edən qanunsuz sanksiyalar tətbiq edirlər.

Lakin bu cür təhdidlər bizi yalnız birləşdirir”.

Nazir əlavə edib ki, bu gün, XXI əsrdə ölkələr yenidən “soyuq müharibə”nin nəticələri ilə qarşılaşırlar:

“Dövlətlərin daxili işlərinə müdaxilə davam edir.

Qoşulmama Hərəkatı isə problemin həllində müsbət rol oynamaq istəyir.

Biz dünyada sosial ədalətə xidmət etmək üçün təşkilatı inkişaf etdirmək niyyətindəyik.

Biz ölkələrin daxili siyasətinə müdaxilənin qarşısını almalıyıq.

Biz bütün mədəniyyətlərə, dinlərə, ərazi bütövlüyü prinsipinə və sülh və inkişaf daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmalıyıq”.

www.ÇıxışYolu.Com