43e4072b-9b3f-48eb-bc43-2a8fbd01161a..jpg

Xosep Qvardiola “Mançester Siti”dən gedir?

Baxış sayı: 493 dəfə baxılıb.

Xosep Qvardiola “Mançester Siti”dən gedir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə komandasını tərk
etməyi planlaşdırır.

Qvardiola 2025-ci ilin yayında hazırkı müqaviləsi başa çatdıqdan sonra
“Mançester Siti”dən ayrılacaq. Beləliklə, ispaniyalı onlarla doqquz mövsüm
çalışacaq.

Qvardiola həmçinin “Mançester Siti”dən ayrıldıqdan sonra məşqçilik karyerasına
fasilə vermək niyyətindədir.

Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” tarixində ilk dəfə UEFA
Çempionlar Liqasının qalibi olub. Ötən mövsüm İngiltərə komandası trebli
(“qızıl het-trik”, futbol klubunun və ya milli komandanın üç yarışda qələbəsi –
red.) tamamlamağa müvəffəq olub.

İspaniyalının rəhbərliyi ilə onlar beş dəfə İngiltərə çempionatının qalibi
olmağı bacarıblar.

Qvardiola karyerası ərzində “Barselona” və “Bavariya”nı da çalışdırıb.
Ümumilikdə ispaniyalı mütəxəssis bütün klublarla 37 kubok, o cümlədən üç UEFA
Çempionlar Liqasını qazanıb.

Mənbə: “Championat”

Source link