2dcb67aa-d0bc-42c2-845e-a64005988aa9..jpg

Xoşqədəmdən məhkəmədə uduzduğu Aysel Əlizadəyə sərt mesaj – YENİLƏNİB + FOTO

Baxış sayı: 669 dəfə baxılıb.

Xoşqədəmdən məhkəmədə uduzduğu Aysel Əlizadəyə sərt mesaj – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Aysel Əlizadə və aparıcı Xoşqədəm Hidayətqızı arasında 4 il sürən
məhkəmə çəkişməsi bu günlərdə bitib. Prosesdə müğənni aparıcıya qalib gəldiyi
haqda sosial şəbəkə hesabında post paylaşıb.

Qalmaqallı məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında
Turanə Nəcəfovanın (2019-cu ildə Turanə Nəcəfova “Səni axtarıram”
ictimai-sosial verilişinin efirinə çıxaraq Aysel Əlizadəni keçmiş əri ilə
münasibətdə ittiham edib) fotosunu paylaşaraq qarşı tərəfə, yəni Ayselə sərt
mesajlar ünvanlayıb:

“Bu qadına diqqətlə baxın! Adı Turanədir, ailəsini dağıtdılar. İki bacı bu gün
ayrı-ayrı evlərdə yaşayırlar. Bu qadının səsi oldum, evini, alimentini aldım,
iki bacının eyni məktəbdə oxumasına nail oldum! Onu qorumaqda davam edirəm.
Yəni əxlaqlı, məşuq hesabına ev, avtomobil sahibi olmayan qadınlar üçün ölümə
belə gedərəm.

Gələcək nəsillər, əxlaqlı oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı
Azərbaycan qadınlarını qorumalıyıq. Mən qoruyuram və bundan sonra da
qoruyacağam. Əxlaqsız, evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır.
Bu yaxınlarda yeni foto və videolarla, üzr istəyirəm həm də səs yazıları ilə bu
dəfə başqa-başqa evi yıxılan, yuvası dağıdılan bir yetimi tanıyacaqsınız. Sizi
sevirəm”.

Qeyd edək ki, 4 il əvvəl sözügedən proqramda müzakirə əsnasında Xoşqədəm
Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola
bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar
ortaya çıxıb. Hamısını deyəcəyəm…” kimi fikirlər səsləndirib.

Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini
alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində
müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi
yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə
görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir.

14:30

“İlahi ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz. Ona sığındım. Susdumsa,
var olan Allaha və dövlətimin qanunlarına güvənib, inanaraq susdum. Əlacsız və
ya günahkar olduğum üçün susmadım. Lakin susqunluğumla qınandım. Səbəbi qanun
danışsın deyə susdum.”

Bizim.media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə deyib.

Sənətçi ad çəkməsə də, illər əvvəl aparıcı Xoşqədəm Hidayətqızı ilə məhkəmə
çəkişməsinə işarə vuraraq, prosesdə qalib gəldiyini vurğulayıb:

“Məni tanıyan bilir, söz-söhbət sayəsində qara PR-ı, boşboğazlığı sevmirəm.
Düz olarkən özümü sübut etməyi sevirəm. Şükürlər olsun Allahıma, heç zaman tək
qoymadı məni. Onun ədaləti qarşısında baş əyirəm! Hər şey sübut olundu!
Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizə halal olsun!”

Qeyd edək ki, 2019-cu ildə Turanə Nəcəfova adlı qadın “Səni axtarıram”
ictimai-sosial verilişinin efirinə çıxaraq Aysel Əlizadəni keçmiş əri ilə
münasibətdə ittiham edib.

Müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə
pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında
maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm…” kimi fikirlər
səsləndirib.

Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini
alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində
müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi
yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə
görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir.

Source link