618994d0-0896-45f9-be1a-b291ce92e865..jpg

Xoyda zəlzələdə xəsarət alanların sayı açıqlandı – YENİLƏNİB + FOTO

Baxış sayı: 907 dəfə baxılıb.

Xoyda zəlzələdə xəsarət alanların sayı açıqlandı – YENİLƏNİB + FOTO

Salmasda bu gün baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 82 nəfər xəsarət
alıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Bu gün səhər 10:30-a kimi Salmas şəhərində 70 nəfər təcili yardıma müraciət
edib, 60 nəfər ambulator müalicə alıb, evə buraxılıb, 10 nəfərin müalicəsi
davam edir və bir neçə saat ərzində evə buraxılacaq.

Xoy şəhərində 12 yaralı var, yeddi nəfər evə buraxılıb, beş nəfərin müalicəsi
davam etdirilir”, – deyə Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə
Mərkəzinin müdiri bildirib.

09:20

“İranda baş verən zəlzələdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində hər
hansı dağıntı və ya itki qeydə alınmayıb”.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6
maqnitudalı zəlzələ olub.

Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı
vaxtı ilə 07:16-da qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 3-4 bala qədər hiss olunub.

Source link